Təranə bu müğənnilərə prodüserlik edəcək

Təranə bu müğənnilərə prodüserlik edəcək

Xeyli müddətdir ki, şou-biznesdə prdodüserlik fəaliyyətinə fasilə verən Təranə Səmədova yenidən iş başındadır. Lent.az-a açıqlama verən prodüser bildirib ki, “Gündəm” adlı qrupla çalışacaq:

“Demək olar ki, xeyli müddətdir ki, şou-biznesdən uzaq düşmüşdüm. Yəni heç bir müğənni ilə çalışmırdım. Bir az dincəlməyə, özümə vaxt ayırmağıma ehtiyacım var idi. Mənim üçün yeni çalışdığım ifaçının qoçaq olması və istedadının olması əsas amildir. Onların məşhurlaşması və  gözəl işlər görməsi üçün əlimdən gələni edəcəyəm. Yeni işbirliyinə başladığım “Gündəm” adlı qrup üç oğlandan ibarətdir. Üç aydır ki, fəaliyyət göstərirlər. İstedadlı ifaçıdırlar, mənim üçün də önəmli olan budur. Gözəl işlər görəcəyimizə əminəm, onlarla qalmaqal yox, gündəm yaradacağıq”.

Qeyd edək ki, T.Səmədova bu günə qədər şou-biznesdə bir çox tanınmış müğənnilərlə “Pişik” Günel, Kərim Abasov, Rəqsanə İsmayılova, Günay İbrahimli, Fəqan Səfərov, Boris Bayramov, Lamiyə Novruzova, Zarina Məmmədova, Nəsimi Məmmədov, “Şarm qrupu” və rəqqasə Fatimə Fətəliyeva ilə çalışıb.

0
22