Qarabağ veteranının 45 min manatı mənimsənilib

Qarabağ veteranının 45 min manatı mənimsənilib

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

Bakıda Qarabağ veteranına qarşı dələduzluq edilib.

Oxu.Az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, Masallı rayon sakini, 1966-cı il təvəllüdlü Vüqar Gülağa oğlu Eynullayev polisə şikayət edərək, Elmar və Rasim adlı şəxslərin onu aldadaraq 45 min manat pulunu ələ keçirdiklərini bildirib. 

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb. 

Qeyd edək ki, V. Eynullayev I Qrup Qarabağ əlili, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədr müavinidir.

0
22