“IV Ağıl Oyunları” festivalı keçiriləcək

“IV Ağıl Oyunları” festivalı keçiriləcək

Festivalın finalı 25-26 iyunda Bakıda təşkil olunacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə “IV Ağıl Oyunları” festivalı keçiriləcək. 

Oxu.Az xəbər verir ki, festivalın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır. 

“IV Ağıl Oyunları” festivalı seçim turları və final mərhələsindən ibarət olacaq. Festivalın seçim turları paytaxt Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Şəki, Şamaxı, İsmayıllı, Beyləqan, Mingəçevir, Şəmkir, Lənkəran, Cəlilabad, Zaqatala, Göyçay, Ağcabədi, Biləsuvar rayonlarında keçiriləcək. Seçim turları nəticəsində ən yaxşı nəticə göstərəcək 60 komanda finala vəsiqə qazanacaq. 

Bu il təşkil olunacaq “IV Ağıl Oyunları” festivalı Xəzər İntellektual Gənclər Klubunun 15 illik yubileyi ilə üst-üstə düşməsi ilə də əlamətdar olacaqdır. Festivalda gənc komandalarla yanaşı, klubun fəaliyyəti ərzində müxtəlif turnir və çempionatlarda qalib olmuş komandaların da iştirakı gözlənilir. 

“IV Ağıl Oyunları” festivalının finalı 25-26 iyunda Bakıda təşkil olunacaq. 

Təşkilat barədə daha ətraflı aşağıdakı linkdən əldə edə bilərsiz:

https://az.wikipedia.org/wiki/X%C9%99z%C9%99r_%C4%B0ntellektual_G%C9%99ncl%C9%99r_Klubu

Xəzər İntellektual Gənclər Klubu
xazar@xazar.org 
(+99450) 292-86-48

0
31