Metronun yeni stansiyası 2018-ci ildə açılacaq

Metronun yeni stansiyası 2018-ci ildə açılacaq

“Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisi davam edir.

“Bakı Metropoliteni”nin yeni B-3 adlandırılan stansiyası 2018-ci ildə istifadəyə veriləcək. 

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib.

Onun sözlərinə görə, “Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisi davam etdirilir. 

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır:

“Yeni stansiya “Atovağzal” və “Memar Əcəmi” stansiyalarının hərəkət etdiyi “Bənövşəyi xətt”in davamıdır”.

0
20