Jirinovski atom silahına əl atmağı təklif etdi – VİDEO

Jirinovski atom silahına əl atmağı təklif etdi – VİDEO

“Bizim nüvə qüvvələrimizin nəyə qadir olduğunu göstərmək lazımdır”.

Rusiya Dövlət Dumasının deputatı, Liberal-demokrat partiyasının (LDPR) lideri Vladimir Jirinovski Rusiyanın hərbi qüvvəsini nümayiş etdirmək üçün əhalisi az olan hər hansı ölkəyə nüvə bombasını atmağı təklif edib.

Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə o, Vladimir Solovyovla “Bazar axşamı” proqramının efirində bildirib.

“Şimal dənizində ada, ölkə var, əhalisi 200 mindir. Brüsselə: baxın ada var, indi isə üzünüzü çevirin, artıq ada yoxdur demək lazımdır. Ölkə yoxdur!”, - o deyib.

“Dəhşət”, - deyə aparıcı reaksiya verib.

“Bəs siz nə istəyirsiniz? İstəyirsiniz ki, bizi vursunlar, Donbasda atışma olsun?”, - deyə Jirinovski qışqırıb.

“Bizim nüvə qüvvələrimizin nəyə qadir olduğunu göstərmək lazımdır”, - o qeyd edib.

0
12