“Goldman Sachs” Brent neftinin qiymətinə dair proqnozu artırdı

“Goldman Sachs” Brent neftinin qiymətinə dair proqnozu artırdı

Proqnoz bir barel üçün 53-63 dollar səviyyəsində saxlanılıb.

“Goldman Sachs” investisiya bankının ekspertləri 2016-cı ildə Brent markalı neftin orta qiymətini bir barel üçün 39 dollardan 45 dollara qədər artırıblar.

Oxu.Az RNS-ə istinadən xəbər verir ki, eyni zamanda analitiklər 2017-ci il üçün Brent markalı neftin proqnozunu bir barel üçün 60 dollardan 55 dollara qədər azaldıblar. Brent markalı neftin uzunmüddətli proqnozu bir barel üçün 53-63 dollar səviyyəsində saxlanılıb.

WTI markalı neftə gəldikdə isə, onun bu il üçün proqnozu bir barel üçün 38 dollardan 45 dollara qədər artırılıb, amma 2017-ci ilin proqnozunda 58 dollardan 53 dollara qədər azaldılıb.  

0
8