Culiya Roberts görmə qabiliyyətini itirir

Culiya Roberts görmə qabiliyyətini itirir

İndi vəziyyəti daha da pisləşib.

Hollivud aktrisası Culiya Roberts barədə həyəcanlı xəbərlər yayılıb.

Oxu.Az xəbər verir ki, xarici KİV-də aktrisanın görməsinin dəhşətli dərəcədə zəiflədiyini, son aylar ərzində isə praktiki olaraq kor olduğu barədə məlumatlar yer alıb.  

“Gözəlçə” filminin 48 yaşlı uılduzu yalnız görmədən deyil, eləcə də baş və kürək ağrılarından da əziyyət çəkir.   

“Tanışları onun son zamanlar çox dəyişdiyini deyirlər. Onu artıq tanımaq olmur, küçədə insanlar qarşılarında kimin olduğunu ağıllalarına belə gətirmirlər. O, həyatda,  filmlərdə olduğundan daha yaşlı görünür. Onun dərisi yaşlanıb, qırşılarla örtülüb, yanaqları çöküb, amma hər şeydən çox Culiyanı görməsi narahat edir.

O, indi daima eynək taxır, amma görməsi getdikcə pisləşir. O, elə pis görür ki, artıq sükan arxasına otrumur. Bir dəfə avtomobili pis idarə etdiyinə görə, yol polisi tərəfindən saxlanılıb, yalnız ulduz olduğuna görə, Culiyanı buraxıblar”, - mənbə bildirib.  

İllər keçdikcə Robertsin rematoid artridi kəskinləşib, bu ona “əziyyət verir və ağrılar yaşadır”. Aktrisa hazrda kino haqqında düşünmür, çünki təcili şəkildə səhhəti ilə məşğul olmaldır.

1980-ci ildə Culiya meningit keçirib və indiyə qədər kürək ağrıları və miqren mütəmadi olaraq özünü büruzə verirdi, amma indi, vəziyyət daha da pisləşib. 

Aytən Sadıqzadə

0
23