Bakıda 105 min manatlıq dələduzluq

Bakıda 105 min manatlıq dələduzluq

Sahibkarı aldadıblar.

Bakıda sahibkara qarşı külli miqdarda dələduzluq edilib.

Oxu.Az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda tikinti işləri ilə məşğul olan 1950-ci il təvəllüdlü Vahid Zərgərli polisə ərizə ilə müraciət edərək Səyyar və Rafiq adlı şəxslərin etibarından sui-istifadə edərək ondan 90 min manat və 10 min ABŞ (14 900 AZN) dolları alaraq qaytarmadıqlarını bildirib.

Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.

0
10