Türkiyənin yeni xarici işlər naziri qadın ola bilər - HİCABLI

Türkiyənin yeni xarici işlər naziri qadın ola bilər - HİCABLI

Türkiyənin yeni xarici işlər naziri qadın  ola bilər. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlunun baş nazirliyi dövründə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr üzrə sədr müavini olan Fatma Betül Sayan Kaya Binəli Yıldırım tərəfindən yeni formalaşdırılacaq hökumətdə nazir postu tutmağa yaxındır. Onun xarici işlər naziri postuna təyin edilməməsi halında, Avropa Birliyi ilə iş üzrə Nazirliyə rəhbər təyin edilməsi müzakirə edilir.

Qeyd edək ki, F.B.S.Kaya xaricdə uzun illər diplomatik təhsil alıb, alman və ingilis dilini mükəmməl bilir.

Əgər o, nazir təyin edilsə, Tansu Çillərdən sonra Türkiyə XİN-ə rəhbərlik etmiş ikinci qadın kimi tarixə düşəcək.

0
6