İŞİD qan içməyə davam edir:100-dən çox ölü

İŞİD qan içməyə davam edir:100-dən çox ölü

Suriyanın Lazkiye əyalətində ard-arda 7 partlayış törədilib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu gün Suriyanın Aralıq dənizi sahilindəki Lazkiye əyalətinin Cable və Tartus kəndlərində gerçəkləşdirilən çoxlu sayda partlayış zamanı ən azı 100 mülki vətəndaş ölüb.

Partlayışların İŞİD tərəfindən törədildiyi və hədəfin şiə ərəblər olduğu deyilir.

Onlarla yaralı xəstəxanalara yerləşdirilib. Qeydə alınan 7 partlayışdan 2-si kamikadze tərəfindən gerçəkləşdirilib.

0
8