Ermənilər Qarabağda təlimlər keçirir

Ermənilər Qarabağda təlimlər keçirir

Təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlər keçir.

Oxu.Az xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçilərinin nəzarət etdikləri ərazilərdəki dağ massivləri və düzəngahlarda keçirilən təlimlərə canlı qüvvə, zirehli texnika və artilleriya qurğuları cəlb olunub.

Hazırda erməni ordusunun təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir.

0
12