Bakıda qadına qarşı cinayət

Bakıda qadına qarşı cinayət

Samir Bağırov tutulub.

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə mayın 20-də baş verib.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini Güne Səfərovanın içərisində mobil telefon olan çantasını soyğunçuluq yolu ilə alıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Samir Bağırov tutulub.

Araşdırma aparılır.

0
16