Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı müzakirə edib

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı müzakirə edib

Ölkələr 1992-ci ildən geniş və sıx əməkdaşlıq edirlər.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Knessetin deputatı, parlamentin xarici işlər və müdafiə üzrə komitəsinin sədri Tsaçi Haneqbi ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Jewish Press” məlumat yayıb.

Görüşdə qeyd edilib ki, Türkiyə, Misir, İordaniya və keçmiş Sovet respublikaları ilə yanaşı Azərbaycan, İsrail ilə strateji və iqtisadi əlaqələri olan azsaylı müsəlman ölkələrindəndir.

Azərbaycan və İsrail 1992-ci ildən geniş və sıx əməkdaşlıq edirlər.

Tərəflər parlamentlərarası əlaqələrin və yüksək səviyyədə görüşlərin gücləndirilməsi vasitəsilə ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin lazım olduğunu qeyd ediblər.

Azərbaycanın xarici işlər nazirinin müavini, Aviqdor Libermanın rəhbərlik etdiyi Azərbaycan-İsrail parlament dostluq qrupunun nailiyyətlərini yüksək qiymətləndirib.

Görüş zamanı, həmçinin Yaxın Şərq, eləcə də Cənubi Qafqaz regionunda geosiyasi vəziyyət müzakirə edilib.

0
16