Xəzərdə tapılan qalıqlar itkin düşən neftçiyə aid deyil

Xəzərdə tapılan qalıqlar itkin düşən neftçiyə aid deyil

“Qalıqları ya Türkmənistana aparacaqlar, ya da burada dəfn ediləcək”.

Xəzər dənizinin Türkmənistan sahillərində tapılan insan qalıqlarının itkin düşən azərbaycanlı neftçiyə aid olmadığı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.

Onun sözlərinə görə, genetik ekspertiza aparılaraq müəyyən olunub ki, Türkmənistan sahillərində tapılan insan qalıqları itkin düşən azərbaycanlı neftçilərdən heç birinə aid deyil.

Ə. Həsənov qeyd edib ki, insan qalıqlarının Türkmənistan vətəndaşına aid  olduğu ehtimal edilir: 

“Qalıqları ya Türkmənistana aparacaqlar, ya da burada dəfn ediləcək”.

Qeyd edək ki, bu ilin aprel ayında Xəzər dənizinin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılan şəxsin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilirdi.

0
13