NETTY2016 Milli İnternet Mükafatının qalibləri elan edildi

NETTY2016 Milli İnternet Mükafatının qalibləri elan edildi

Ölkənin iri İT-şirkətlərin nümayəndələri mərasimdə iştirak etdilər.

12-ci NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirildi. 

Oxu.Az-a daxil olan məlumata görə, rəsmi şəraitdə NETTY akademikləri cari ildə 16 nominasiya üzrə ən yaxşı milli veb-resursların və layihələrin adlarını elan etdilər.  NETTY 2016-nın mükafatlandırma mərasiminin rəsmi partnyoru megamart.az  internet dükanı oldu. 

Ölkənin iri İT-şirkətlərin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak etdilər.

İnternetin Tədbirin yekunu üzrə video hesabat və fotoşəkillər www.netty.az saytında və sosial şəbəkədə www.fb.com/NETTYAWARD yerləşdiriləcək. 

Bu ilin qalibləri:

1. İdman: www.bakucitycircuit.com 
2. Şəxsi səhifə: www.tutudiet.com 
3. Əyləncə: www.igo.az  
4. Elektron kommersiya: www.arshinmalalan.az  
5. Korporativ sayt: www.pashatravel.az 
6. Servis-sayt: www.events.az 
7. Cəmiyyət: www.asanyouth.az 
8. Elm və təhsil: www.mk.musigi-dunya.az 
9. İnformasiya və xəbərlər: www.avtostop.tv 
10. Mədəniyyət və incəsənət: www.mugamcompetition.az  
11. Dövlət saytı: www.metro.gov.az   
12. Azərbaycan: www.shahdag.az  
13. Şəbəkənin seçimi: www.dns.az 
14. Mobil avadanlıqlar üçün ilin proqramı: Toptable  
15. İlin İT-hadisəsi: AR Dövlət Gömrük Komitəsinin Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu sisteminin tətbiq edilməsi.
16. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə fəxri mükafat: "GoldenPay" şirkətinin qurucusu və idarə heyətinin sədri Fərid İsmayılzadə

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. 

Müsabiqənin partnyorları aşağıdakılardır: megamart.az  internet dükanı, Tabasko Branding Bureau şirkəti  www.facebook.com/tabaskonline. hostinq-provayder SmartHost, KATV1 operatoru, DoctorMap.az layihəsi, BakuTel sərgisi, DeJure.az hüquq portalı.  Tədbirə İnformasiya dəstəyini Infocity.az, 1news.az , Disput.az, Oxu.az, Gun.az göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır.

0
31