AŞPA-da Azərbaycanla bağlı məruzə dinləniləcək

AŞPA-da Azərbaycanla bağlı məruzə dinləniləcək

Şennak faktaraşdırıcı səfərinin yekunları ilə bağlı çıxış edəcək.

Bu gün AŞPA-nın Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələr keçiriləcək. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, qurumun Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak aprelin 5-9-da Azərbaycana faktaraşdırıcı səfərinin yekunları ilə bağlı çıxış edəcək.

Qeyd edək ki, avstriyalı deputat Stefan Şennak AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi vəzifəsinə ötən il dekabrın 9-da təyin edilib.

0
10