Hərbçilərimiz beynəlxalq tədbirlərə yollanıblar

Hərbçilərimiz beynəlxalq tədbirlərə yollanıblar

MN məlumat yaydı.

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərə yollanıblar.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, mayın 23-dən 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Ankara şəhərində (Türkiyə Respublikası) strateji kommunikasiya kursu, Riqa şəhərində (Latviya Respublikası) “Hədəflərdən nəticələrə” mövzusunda konfrans, Sarayevo şəhərində (Bosniya və Herseqovina) “REGEX-16” kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü, mayın 23-dən 28-dək Norkfolk şəhərində (ABŞ) NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək Neapol şəhərində (İtaliya Respublikası) birgə fəaliyyət strategiyası forumu keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

0
18