Çində daşqınlar: 10 ölü

Çində daşqınlar: 10 ölü

Çində yağan şiddətli yağışlar daşqınlara səbəb olub.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, Hunyan əyalətində 500 minədək insan zərər çəkib, 18 min nəfər təxliyə olunub.

Quanqsi-Çjuanq muxtar rayonunda iki nəfər ölüb, 290 min insan zərər çəkib. Təbii fəlakət nəticəsində 610 ev su altında qalıb, 12 min nəfər təxliyə olunub. Avtomagistallarda nəqliyyatın hərəkəti dayandırılıb, irriqasiya sistemləri sıradan çıxıb.

Sinyi şəhərində isə altı saat ərzində 429,5 мм yağış yağıb. Tamamilə su altında qalmış şəhərdə 8 nəfər ölüb, 4 nəfər itkin düşmüş hesab edilir.

0
15