Futbol azarkeşləri əsgərlərə dəstək oldu

Futbol azarkeşləri əsgərlərə dəstək oldu

Aksiyaya 2000-dən çox azarkeş qoşulub.

Bu gün metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında futbol komandalarının fan-klublarının iştirakı ilə son günlər cəbhə xəttində şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə aksiyası keçirilib.

Oxu.Az xəbər verir ki, "Report"un məlumatına görə, aksiyaya 2 mindən artıq azarkeş qoşulub.

Birlik nümayiş etdirənlər sırasında "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran", "Kəpəz", "Qəbələ", "Bakı" azarkeşləri və Azərbaycan komandalarını avrokuboklarda dəstəkləyən fan-klublar yer alıb. Aksiya dövlət himninin səsləndirilməsi ilə başlayıb. Müxtəlif şüarlar səsləndirən azarkeşlər Şəhidlər Xiyabanına üz tutublar.

E.Ə.

Mənbə:
0
22