Türkiyə millisi İngiltərəyə uduzdu

Türkiyə millisi İngiltərəyə uduzdu

Türkiyə millisi Avropa çempionatına hazırlıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” səfərdə İngiltərə millisi ilə qarşılaşıblar.

Fatih Terimin yetirmələri milli komanda tarixində ingilislərə qarşı 11-ci oyunda ilk qolunu vursa da, yekunda yenə məğlubiyyətə üzülüblər.

Bu yenilgi ilə Türkiyə millisinin 13 oyunluq məğlubiyyətsizlik seriyası da qırılmış oldu.

Xatırladaq ki, bu millilər arasında daha əvvəl keçirilmiş 10 oyunun 8-də İngiltərə qalib gəlmiş, 2 oyunda isə heç-heçə qeydə alınmışdı.

Hazırlıq oyunu

İngiltərə - Türkiyə - 2:1

Qollar: Harri Keyn, 3, Vardi, 83 – Hakan Çalhanoğlu, 14

0
27