Ərdoğan yeni hökuməti qurmağı Yıldırıma tapşırdı

Ərdoğan yeni hökuməti qurmağı Yıldırıma tapşırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan yeni, 65-ci hökuməti qurmağı Binali Yıldırıma tapşırıb.

Bu gün AKP-nin II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

0
19