ABŞ generalından Suriyaya KRİTİK SƏFƏR

ABŞ generalından Suriyaya KRİTİK SƏFƏR

ABIŞ-ın Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış CENTCOM hərbi mərkəzinin rəhbəri general Jozef Votel Suriyaya səfər edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, general J.Votel Suriyanın şimalındakı Rojava bölgəsinə gedib və 12 saat ərzində burada olub.

Bildirilir ki, hava yolu ilə Suriyanın şimalında gedən ABŞ generalını jurnalistlər müşayət edib. Burada onu İŞİD-ə qarşı döyüşən birləşmələrə təlim keçən ABŞ hərbçiləri qarşılayıb. Daha sonra jurnalistlərdən başqa istiqamətə gedən generalın Kobaniyə baş çəkdiyi və buradakı kürd birləşmələrinin rəhbərləri ilə görüşdüyü bildirilir.

Qeyd edək ki, ABŞ generalının Suriyadakı görüşləri barədə rəsmi açıqlama verilməsə də, Pentaqonun bəzi rəhbər şəxsləri sosial şəbəkə vasitəsi ilə J.Votelin Suriyada olduğunu bildirib.

0
18