1978-ci ilin televizorunu internetə qoşdu -

1978-ci ilin televizorunu internetə qoşdu -

ABŞ-ın təşəbbüskar sakinlərindən biri təcrübə aparmaq qərarına gəlib.

İKT.lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, 1978-ci ildə istehsal olunan televizoru modernləşdirib. Artıq köhnə televizorun ekranında dünya şəbəkəsindən videoları izləmək mümkündür.

Belə ki, o, televizoru xüsusi "Chromecast" cihazına qoşub və bunu sayəsində "YouTube", "Netflix" və digər xidmətlərin videomateriallarını işə salmaq mümkündür. Televizorun pultu rolunda amerikalının smartfonu çıxış edir. Mobil cihazın köməyi ilə baxılan videoçarxı işə salmaq və saxlamaq, həmçinin televizorun səsini artırıb-azaltmaq mümkündür.

İxtiranı icad edən deyir ki, təsadüfən zibil yığınları arasında köhnə televizora rast gəlib. ABŞ sakini köhnə aparatı evə götürmək və onu modernləşdirmək qərarına gəlib. Deyir ki, onu nostalji anlar bürüyüb. Çünki uşaqlığında belə televizorları olub.

Mənbə:
0
18