Ərdoğanın kürəkəni Davudoğlunun xanımının əlini niyə geri qaytardı? - FOTO

Ərdoğanın kürəkəni Davudoğlunun xanımının əlini niyə geri qaytardı? - FOTO

Bu gün Türkiyənin paytaxtı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayı zamanı maraqlı hadisə baş verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasimdə iştirak edən prezident Rəcəb Tayyip Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrak keçmiş baş nazir Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu və yeni hökumət rəhbəri Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırımla əl-ələ görüşməkdən imtina edib. Tədbirə qatılan siyasətçi xcanımları nazirlərlə növbə ilə salamlaşarkən B.albayrak ona tərəf uzadılmış ələ eyni reaksiya ilə qarşılıq verməyib və başı ilə salamlaşaraq hörmətini ifadə edib.

Qeyd edək ki, B.Albayraqdan başqa ədliyyə naziri Bəkir Bozdağ da S.Davudoğlu ilə əl-ələ görüşməkdən imtina edib.

0
14