Davudoğlu istefasının səbəbini açıqladı

Davudoğlu istefasının səbəbini açıqladı

Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında partiyadakı rəhbər vəzifəsini təhvil verən Əhməd Davudoğlu çıxış edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Davudoğlu çıxışında partiya rəhbərliyindən hansı səbəbə görə istefa etdiyini açıqlayıb: “AKP hərəkatının zərər görə biləcəyindən narahat olduğum üçün istefa verdim. Türkiyənin demokratiya tarixində ən yüksək seçici səsini əldə etdik. Ölkədəki seçicilərin 54-55 faizi, yəni 24 milyon insan bizə səs verdi. AKP əsla bir zümrənin, bir klanın partiyası olmayıb. AKP-ni sıradan bir partiyadan da önə apararaq millət hərəkatı edən də bu amildir”.

0
24