Luçesku ilə bağlı rəsmi QƏRAR

Luçesku ilə bağlı rəsmi QƏRAR

Tanınmış rumıniyalı məşqçi Mirça Luçesku Ukraynanın "Şaxtyor" klubu ilə yollarını ayırıb. Lent.az-ın məlumatına görə, bu gün Donetsk komandasının rəsmi saytında bu barədə bildirilib və 70 yaşlı mütəxəssisə klubdakı işinə görə təşəkkür edilib.

M.Luçeskunun karyerasını hansı klubda davam etdirəcəyi hələlik qətiləşməyib. "Zenit", "Monako" və "Qalatasaray" onun xidmətində maraqlıdır.

Qeyd edək ki, Ukraynanın Donetsk şəhərində baş vermiş döyüşlərdən sonra Luçesku klubdan ayrılmaq istəsə də, rəhbərlik onu daha bir il baş məşqçi vəzifəsində işləməyə razı sala bilmişdi.

0
28