Toya gedən müğənnilər üçün BƏD xəbər: kameralar quraşdırılıb

Toya gedən müğənnilər üçün BƏD xəbər: kameralar quraşdırılıb

"Restoran və şadlıq evlərinə kameraların quraşdırılması prosesi başa çatıb".

"APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu qəbildən olan obyektlərə qeydiyyat kitablarının paylanması prosesi də yekunlaşıb: "Müğənnilər qeydiyyat kitabında toya nə vaxt gəldiyini və getdiyini, o cümlədən aldığı qonorarın məbləğini qeyd etməlidirlər. Əgər bu məlumatı müğənni qeyd etmirsə, restoran və obyektlərin administratorları cavabdehlik daşıyacaq. Vergilər Nazirliyimüğənnilərin verdikləri bəyannamə ilə qeydiyyat kitabında qeyd elədiyi məlumatları tutuşduracaq. Bundan sonra nəzarət tədbirləri başlayacaq"

Mənbə:
0
33