Elvis Preslinin gitarası 334 min dollara satıldı

Elvis Preslinin gitarası 334 min dollara satıldı

Əfsanəvi müğənni Elvis Preslinin gitarası rekord məbləğə satılıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Nyu-Yorkda keçirilən hərracda 334 min ABŞ dollarına satılan gitaranı 1969-cu ildə müğənniyə atası hədiyyə edib.

Vernon Presli oğluna "Gibson Dove" gitarasını Elvisin karate üzrə qara kəmər qazanmasından sonra bağışlayıb.

Şimali Karolinanın Aşvil şəhərində keçirilən konsertdə çıxış edən Elvis gitaranı pərəstişkarlarından birinə hədiyyə edib və həmin şəxs onu bu günədək qoruyub saxlayıb.

Musiqi aləminin ulduzlarının əşyalarını "Julien's" hərrac evi satışa çıxarıb.

Satılanlar arasında Con Lennonun  üzərində "Being for the Benefit of Mr. Kite" mahnısının sözlərini yazdığı kağız olub. Kağıza görə naməlum alıcı 354,4 min dollar ödəyib.

Maykl Ceksonun 1996-97-ci illərdə geyindiyi vinil pencək isə 256 min dollara satılıb.

Elvis Presli məşhur amerikalı müğənni və aktyordur. Ölümündən otuz ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yeniləyə bilmirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir.

0
29