Poroşenko Türkiyəyə gedir

Poroşenko Türkiyəyə gedir

Ukrayna lideri forumda iştirak edəcək.

Ukrayna prezidenti Petro Poroşenko 22-23 may tarixlərində Türkiyəyə işgüzar səfər edəcək.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Poroşenko İstanbulda keçiriləcək BMT-nin Ümumdünya Humanitar forumunda iştirak edəcək. 

Ukrayna prezidenti forumun plenar iclasında çıxış edəcək, eyni zamanda siyasi liderlərin münaqişələrin qarşısının alınması  sahəsində rolu ilə bağlı  Dəyirmi Masada iştirak edəcək.

Poroşenkonun bir sıra dövlət və hökümət başçıları ilə görüşləri də nəzərdə tutulub. 

0
24