"Kişilər mənə lüt fotolarını göndərirlər" - azərbaycanlı aktrisa

"Kişilər mənə lüt fotolarını göndərirlər" - azərbaycanlı aktrisa

Türkiyədə yaşayan və çalışan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə fotokamera qarşısına keçərək yeni fotosessiya etdirib.

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, Nəsrin açıq-saçıq söhbəti ilə diqqət çəkib.

Aktrisanın müsahibəsini qısaldılmış formada təqdim edirik:

- Paylaşdığınız fotoların altından "seksilik" şərhini yazırsınız. Bunun mənası nədir?

- Seksuallıqla məsumluğu birləşdirdim, nəticədə "seksilik" alındı.

- İçinizdəki seksuallığı nə zaman kəşf etdiniz?

- Əslində bu qadın içimdə həmişə olub. Onu göstərəcək kanalı tapa bilmirəm.

- Sizi bu qədər rahat bir mərtəbəyə ucaldan nədir?

- Film sahəsindəki uğurlarım üst-üstə gəldi. O qədər çox tərif aldım ki... 20-yə qədər mükafatım var. Amma baxdım ki, özümü təəccübləndirə bilmirəm. Yaxşı aktrisa, axtarılan ad, təlabatlı biri... Amma mənim içimdə başqa Nəsrin də var. Məsələn, uzun illərdir idman edirəm. İçimdəkilər toplanıb, məni azad biri etdi. Bədənimlə heç bir mübarizəm qalmadı. İnstaqram bütün bu xüsusiyyətlərimi ortaya çıxarmaq üçün vasitəçi oldu. İndi özümü azad hiss edirəm.

- Bu azadlıq içində bədəninizdə nəyi kəşf etdiniz?

- Ayaqlar, süd vəziləri, boy-buxun. Bir tərəfdən bunlara əmək sərf edərkən, bir yandan da önəmli olmadıqlarını dərk etdim. Məni digər aktrisalarda gözlərimdəki məna ayırdı. Özümü gözəllik və erotika ilə ifadə edirəm.

- Erotikanı necə qavrayırsınız?

- Bunu çılpaqlıqla qarışdırmıram. Seksual olmaq, erotika və cinsi əlaqə - bunlar hamısı libidodur (cinsi zövq).

- Sizə görə libido nədir?

- Bu bir həyat enerjisidir. Həyat enerjisi, çiçək açmaq deməkdir. Bu enerji ilə aramıza məsafə qoyduğumuz hər an həyatdan uzaqlaşırıq. Mən həyat enerjimə məsafə qoymamağa çalışıram.

- Bu yüksək həyat enerjisi kişilərin sizə baxışına necə təsir edir?

- İnstaqramda kişilər mənə lüt fotolarını göndərirlər. Əvvəl çox pis olurdum. Amma sonra ağlıma gözəl fikir gəldi: indi heç birini silmirəm. Onlardan ibarət sərgi açacağam. Kim olduqlarını nümayiş etdirəcəm. Kişi cinsi münasibətini nümayiş etdirməkdə bir problem görmürsə, qadın da ondan incəsənət düzəltməkdən çəkinməməlidir.

- Sizi məhkəməyə verməzlər?

- Onların etdikləri təcavüzdür. Əslində mən onları polisə şikayət edə bilərəm. Heç birinin cinsəl orqanının şəklini zorla çəkmədim. Bəlkə məşhur olacaqları üçün xoşbəxtdirlər.

- Seks həyatınızda hansı rolu oynayır?

- Sevgilim olanda hər şeyin ən gözəlini yaşamaq istəyirəm. Amma 2,5 ildir həyatımda heç kim yoxdur. Sevə bilmədim.

- Biriylə münasibətdə olmaq üçün mütləq sevgilin olmalıdır?

- Bəli. Sevgidə çox ciddiyəm. Eşq qadınıyam. Eşqlə nəfəs alıram, sənət yaradıram. Ona görə də sevmədiyim biriylə cinsi əlaqədə olmaram. Qadın dünyanı gəzib, müharibələr qazana bilər. Amma kişisinə uduzmalıdır. Mən də güclüyəm. Mənə qalib gələcək kişi axtarıram.

0
90