Avropa kubokunda ilk gün: 3 qızıl və 4 bürünc medal - FOTO

Avropa kubokunda ilk gün: 3 qızıl və 4 bürünc medal - FOTO

Azərbaycan cüdoçuları komanda hesabında birinci yerdə gedirlər.

Polşada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kubokunun ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Oxu.Az xəbər verir ki, Azərbaycan cüdoçuları mötəbər yarışda 3 qızıl və 4 bürünc medal qazanıblar.

Məlumata görə, Rövşən Əliyev (-50kq), Vüsal İbrahimov (-55 kq) və Şəfəq Həmidova (-44kq) bütün rəqiblərinə qalib gələrək Avropa kubokuna sahib olublar. Raxşan Baxşəliyev (-50kq), Əhməd Yusifov (-55kq), Paşa Əliyev (-66kq) və Şəhanə Hacıyeva (-44kq) Avropa kuboku yarışının bürünc medalını əldə ediblər.

Beləliklə Azərbaycan cüdoçuları qitə miqyaslı yarışın ilk günü 7 medal qazanaraq komanda hesabında birinci yerdə gedirlər.

0
20