“A320”-nin gövdəsinə “Biz bu təyyarəni vuracağıq” sözləri yazılıblarmış

“A320”-nin gövdəsinə “Biz bu təyyarəni vuracağıq” sözləri yazılıblarmış

İki il əvvəl naməlum şəxslərin Aralıq dənizinə düşən “EgyptAir” təyyarəsinin gövdəsində təhdid edici sözlər yazdığı məlum olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəxsiyyəti hələ də müəyyən olunmayan şəxslər təyyarənin gövdəsində iti alətlə cızaraq “Biz bu təyyarəni vuracağıq” sözlərini yazıblar.  

“The New York Times” Misir təhlükəsizlik xidmətinin əməkdaşlarına istinadən qeyd edir ki,  hədələyici yazının “Müsəlman qardaşlar” ekstremist qruplaşmasını dəstəkləyən Qahirə aeroportunun əməkdaşları tərəfindən yazıldığı ehtimal olunur.

Həmin vaxtdan iki il keçməsinə baxmayaraq, qeyd olunan yazı təyyarənin gövdəsindən silinməmişdi.

Həmçinin məlum olub ki, dənizə düşən təyyarə faciə baş verən gün təhlükəsizlik xidmətinin üç əməkdaşı tərəfindən müşayiət edilib.

Qeyd edək ki, göyərtəsində 66 nəfərin olduğu Paris-Qahirə marşrutu üzrə uçan “A320” təyyarəsinin Aralıq dənizinə düşməsinin səbəbi hələ də müəyyən edilməyib.

0
31