“Əş-Şəbab” liderlərindən biri məhv edildi

“Əş-Şəbab” liderlərindən biri məhv edildi

Somali ordusu “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən azı birini məhv edib.

APA-nın “Sinhua”ya istinadən verdiyi xəbərə görə, qruplaşmanın daha bir komandiri sağ ələ keçirilib, hazırda o hərbçilər tərəfindən dindirilir.

Əməliyyat zamanı hərbçilər arasında itki qeydə alınmayıb.

Ötən həftə ABŞ pilotsuz təyyarəsinin zərbəsi nəticəsində 5 silahlı məhv edilmişdi.

Bundan əvvəl, apreldə isə Somalidə  “Əş-Şəbab” terror qruplaşmasının mətbuat katibi edam edilib.

0
25