Avtobusun təkəri partladı: 37 ölü, 22 yaralı

Avtobusun təkəri partladı: 37 ölü, 22 yaralı

Konqo Demokratik Respublikasında sərnişin avtobusunun maneəyə çırpılması nəticəsində 37 nəfər ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Zambiyanın Kitve şəhərindən Luapula yaşayış məntəqəsinə gedən  avtobusun sürücüsü kəsə yolla mənzil başına çatmaq üçün marşrutunu qonşu Konqo dövlətinin  ərazisindən salıb.   Lakin avtobus hərəkətdə olarkən onun təkəri partlayıb. İdarəetməni itirən avtobus yoldan çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində 37 nəfər ölüb, 22 nəfər yaralanıb.  

0
23