Terrorçu özünü partlatdı: 7 ölü, 28 yaralı

Terrorçu özünü partlatdı: 7 ölü, 28 yaralı

İraqın Səlahəddin əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, terrorçu  üzərindəki partladıcı qurğunu paytaxt Bağdaddan 65 km aralıda yerləşən Əd-Düccəl kənd bazarında  işə salıb.  

Ölənlərin sayının artacağı istisna olunmur.

İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
34