Bir mövsümdə 390 qol

Bir mövsümdə 390 qol

Topaz Premyer Liqasının başa çatan 2015/16 mövsümündə 390 qol vurulub. Apasport.az saytının məlumatına görə, Baş tutan 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub. Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridir. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub.

Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox – 66, “Xəzər Lənkəran” ən az – 16 qol vurub. “Qarabağ” hamıdan az – 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdur – 63.

“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox – 90 qol vurulub. AZAL-ın iştirakı ilə baş tutan matçlarda 64 qol qeydə alınıb. Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar.

Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdır. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdir.

Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb.

0
20