Rabitə Nazirliyinin 22 əməkdaşı işdən çıxarıldı

Rabitə Nazirliyinin 22 əməkdaşı işdən çıxarıldı

Bir sıra struktur vahidləri ləğv olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr və struktur dəyişiklikləri davam edir.

Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, nazirliyin 22 regional səlahiyyətli nümayəndəsi tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, həmin struktur vahidləri ləğv olunub.

Həmin səlahiyyətli nümayəndələrin funksiyası nazirliyin strukturuna daxil olan regional qurumların fəaliyyətinə nəzarət etmək olub.

0
28