Rabitə Nazirliyinin 20-dən artıq vəzifəlisi işdən çıxarıldı

Rabitə Nazirliyinin 20-dən artıq vəzifəlisi işdən çıxarıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr və struktur dəyişiklikləri davam edir.

"APA-Economics"in əldə etdiyi məlumata görə, nazirliyin 22 regional səlahiyyətli nümayəndəsi tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, həmin struktur vahidləri ləğv olunub.

Həmin səlahiyyətli nümayəndələrin funksiyası nazirliyin strukturuna daxil olan regional qurumların fəaliyyətinə nəzarət etmək olub.

0
17