RTÜK Acun Ilıcalını 373 min cərimələdi

RTÜK Acun Ilıcalını 373 min cərimələdi

“Cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd yayım etmək” maddəsi ilə.

Türkiyənin Radio ve Televiziya Üst Kurulu ( RTÜK) Acun Ilıcalının rəhbər olduğu TV 8 telekanalını böyük məbləğdə cərimələyib.

Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “O Ses Türkiye” yarışmasında bir neçə dəqiqə arayla səhnəyə səmazən və rəqqasə çıxması ilə bağlı RTÜK-ə şikayət göndərilib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin Məclis üzvü, CHP-li Nadir Ataman və vəkil Taner Kazanoğlu sözügedən məsələ ilə bağlı RTÜK-ə ərizə yazıb:

“Ölkəmizdəki ən böyük problem; fərdi haqq və inanclara hörmət göstərilməməsi. Bu proqram da bunun ən son nümunəsidir”.

RTÜK-ün 24 Mart 2016-ci il tarixli qərarında, 8 üzvün səsverməsi ilə “Cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd yayım etmək” maddəsi ilə telekanala 373 min 183 lirə pul cəzası kəsilib.

Qeyd edək ki, yarımfinal mərhələsində Onur adlı iştirakçı səhnədə mahnı ifa etmiş, səmazən rəqsi göstərilmişdi. Dərhal sonra isə digər iştirakçı Aziz səhnədə çıxış etməyə başlamış, rəqqasə Asena oriyental rəqs etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl də Oğuzhan Koç, Burak Kut və Hadisənin münsifi olduğu “O ses Çocuklar” proqramı RTÜK tərəfindən cəzalandırılmışdı.

Acun İlıcalının rəhbəri olduğu TV8 telekanalında yayımlanan yarışmanın “uşaqların fiziki, əqli, əxlaqi inkişafına zərər verə biləcək tərzdə” olduğunu deyən qurum kanalı 175 min TL cərimələmişdi.

0
22