İlham Əliyev “Yaşıl dəhliz” sistemindən istifadə qaydalarını təsdiqləyib

İlham Əliyev “Yaşıl dəhliz” sistemindən istifadə qaydalarını təsdiqləyib

Dövlət başçısı fərman imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti Gömrük Məcəlləsinin, digər qanunların və prezidentin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə üç ay müddətində prezidentə məlumat verməli və sənəndlə təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiq ilə əlaqədar müvafiq infrastrukturun yaradılması üçün maliyyələşməni təmin etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Dövlət Gömrük Komitəsi bu fərmanla təsdiq edilmiş qaydalarda nəzərdə tutulan buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar iki ay müddətində müvafiq infrastrukturun yaradılması üçün tədbirlər görməlidir. 

Fərmanla təsdiq edilmiş qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir.

0
30