ABŞ Azərbaycana məişət tullantılarının təkrar emalında kömək təklif edir

ABŞ Azərbaycana məişət tullantılarının təkrar emalında kömək təklif edir

“Səfirlik Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır”.

ABŞ-ın  Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Anna Sekuta səfirlikdə təkrar emala göndəriləcək karton, kağız, plastik tullantıların ilk toplanmasında iştirak edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə səfirliyin “Twitter" hesabında bildirilir.
 
“ABŞ səfirliyi Azərbaycanda təkrar emala dəstək olmaq üçün “Azersun Holding” ilə əməkdaşlıq etməkdən məmnunluq duyur. Səfirlik Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır. Təkrar emal sənayesi iqtisadiyyata faydalıdır - ABŞ-da 47 milyard dollar gəliri olan sənaye Azərbaycanda da yeni iş yerləri yarada bilər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir”.

0
22