Rusiya gömrüyünün rəis müavini azərbaycanlılarla əlbir olmaqda ittiham edilir

Rusiya gömrüyünün rəis müavini azərbaycanlılarla əlbir olmaqda ittiham edilir

Qrupun tərkibinə 20-dən çox adam daxil idi.

Moskvanın Meşanski məhkəməsi bu gün Vnukovo aeroportunun gömrük postunun rəis müavini Vyaçeslav Latskixi vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə açılan cinayət işi üzrə göz altına alıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə Latskixə dair istintaqın şikayətini təmin edərək onun iyulun 4-nə qədər göz altına alınması barədə qərar çıxarıb”, - məhkəmənin qərarını Yelena Qudoşnikova bildirib.

Məhkəmə iclasının gedişatında dövlət ittihamçısı Latskixin həbsi barədə qərar çıxarılmasını tələb edib. Tələbini isə onun şahidlərə təzyiq göstərə və istintaqdan yayınaraq xaricə gedə biləcəyi ilə əsaslandırıb.

İstintaqın versiyasına görə, Azərbaycan və Türkiyə vətəndaşları Vnukovo aeroportunun gömrükçüləri ilə əlbir olaraq Türkiyədən Rusiya ərazisinə əl baqajı adı ilə kommersiya malları keçirirdilər. Qrupun tərkibinə 20-dən çox adam daxil idi. Daşıyıcılar “yaşıl dəhlizdən” keçirdilər, halbuki, onlar kommersiya yükü haqqında bəyan etməli və bütün rüsumları ödəyərək “qırmızı dəhlizdən” keçməli idilər. Bu yolla ay ərzində 30 tona qədər yük keçirilirdi.

Martın 4-də Vnukovoda yük bağajı ilə İstanbuldan gələn 16 sərnişin saxlanılıb. Onların gömrük nəzarətindən yayınaraq 2 ildən 5 ilə qədər uzun müddət ərzində kommersiya yükünün daşınması ilə məşğul olduqları müəyyən edilib.

Saxlanılan şəxslərin sözlərinə görə, onların Vnukovo aeroportunun əməkdaşları ilə gömrük yoxlamasa keçməyəcəklərinə dair razılaşmaları olub. Gündəlik olaraq onlar ümumilikdə 700-800 kq yük keçirirdilər.

0
19