Xınalıqla əlaqə kəsildi

Xınalıqla əlaqə kəsildi

Yola 15 tonluq qayalar tökülüb.

Ötən gün Qusar rayonunda baş verəsn torpaq sürüşməsindən sonra bu gün Qubada da eyni hal qeydə alınıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, gecə saatlarında Quba - Xınalıq yolunda sürüşmə qeydə alınıb. 

Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülüb. Bəzi daş, qaya parçalarının çəkisi 15-20 tona yaxındır.

Sürüşməyə səbəb isə son günlər müşahidə edilən intensiv yağışlar olub. Adıçəkilən yol sürüşməyə meyilli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb gələrək yola tökülür.

“Azəravtoyol” ASC-nin sahə rəisi Bilal Sultanov bildirib ki, yolun 37 km hissəsi bağlanıb. Nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Ötən gün baş verən sürüşmə nəticəsində Qusar - Kuzun yolunun kəndin girəcəyindəki hissəsi tamamilə bağlanıb və bununla da sakinlərin rayon mərkəziylə nəqliyyat əlaqəsi kəsilib.

Dərhal “Azəravtoyol” QSC-nin yerli idarəsinin canlı qüvvəsi vəiki texnikası sürüşən yola cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb. Qurumdan da sürüşməyə səbəb kimi rayonda yağıntının miqdarının çox olması bildirilib.

0
18