Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatmaq niyyətindədir

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatmaq niyyətindədir

“Üzv ölkələrin bəyanatları bir istiqamətə yönəlib”.

Avropa İttifaqının Krıma qarşı sanksiyalarının müddəti uzadılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Avropa İttifaqındakı yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbə əlavə edib ki, bu barədə rəsmi qərar qəbul edilməyib.

“Bazar ertəsi (Aİ XİN rəhbərlərinin iclasında) bu məsələ müzakirə edilməyəcək. Amma Krım üzrə Avropanın mövqeyi aydındır. Qərarın rəsmi qəbulu zamanı Krımda vəziyyət dəyişmədiyi, Ukryananın Krım üzərində müstəqilliyi bərpa olunmayanadək sanksiyalar qüvvədə qalmalıdır. Qərar hələ qəbul edilməyib, amma üzv ölkələrin bəyanatları bir istiqamətə yönəlib”.

0
19