Skruc Makdakı səsləndirən aktyor öldü

Skruc Makdakı səsləndirən aktyor öldü

Onun ölüm səbəbləri açıqlanmır.

ABŞ-da, “Ördək əhvalatları” cizgi filmində Skruc Makdakı səsləndirən, 97 yaşlı aktyor Alan Yanq dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Yanqın ölüm səbəbləri açıqlanmır.

Aktyor Alan Yanq hələ 1950-ci illərin əvvəllərində, ən yaxşı məzhəkə serialının aktyoru kimi “Emmi” mükafatını alıb.

2015-ci ilin oktyabrında 87 il ərzində itmiş hesab edilən Uolt Disneyin cizgi filmi Britaniya kino institutunda tapılıb. 

Aytən Sadıqzadə

0
16