Natavan Həbibinin ad gününə kimlər gəldi, nələr yaşandı? - FOTO - VİDEO

Natavan Həbibinin ad gününə kimlər gəldi, nələr yaşandı? - FOTO - VİDEO

Azərbaycanlı müğənni Natavan Həbibi ötən gün paytaxt məkanlarının birində özünə ad günü keçirib. Lent.az-ın məlumatına görə, ifaçının ad gününə şou-biznesin bir çox tanınmış simaları gəlib. Gecənin ən yadda qalan məqamlarından biri isə ifaçının Dağıstan Respublikasının əməkdar artist adına layiq görülməsi olub: “Bu gün mənim ad günümə gələn hər bir kəsə təşəkkür edirəm. Bu özəl günümə yalnız dostlarımı dəvət etmişəm. Hər il bu cür ad günü keçirmirəm. Sadəcə, bu il istədim ki, fərqlilik olsun. Doğum günümdə əməkdar artist adına layiq görülməyim isə mənim üçün sürpriz oldu. Bunun üçün çox şadam”.

Qeyd edək ki, N.Həbibinin ad günündə xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, Abbas Bağırov, müğənnilər Nadir Qafarzadə, Mətanət Əsədova, Niyam Salami, Səidə Sultan, Elton Hüseynəliyev, Aysel Əlizadə, Ramal İsrafilov, Könül Kərimova, Sevda Yahyayeva, Samir Cavadzadə, Xuraman Şuşalı, Elnur Məmmədov, Sevinc-Sevil bacıları, Murad Arif, Tunar Rəhmanoğlu, aparıcı Afaq Gəncəli, rəqqasə Fatimə Fətəliyeva və başqaları gəlmişdi.

Ad günündən fotoqraf Pərviz SALIYEVin çəkdiyi fotoları təqdim edirik.

0
469