Abşeronu su basdı – VİDEO

Abşeronu su basdı – VİDEO

Sakinlər küçədə avtomobildə gecələyirlər.

Abşeron rayonunda yeni yaşayış massivində gölün daşması ətrafda yaşayışı çətin vəziyyətə salib. 

Oxu.Az “Xəzər Xəbər”ə istinadən məlumatına görə, bir neçə gündür ki, təxminən 20-25 ev su altında qalıb. 

Əlacsız qalan sakinlər küçədə avtomobildə gecələyirlər. Evə isə taxta nərdivan vasitəsi ilə pəncərədən daxil olurlar. 

Vəziyyət uşaqların təhsilinə də təsir edib. Evləri su altında qalan uşaqlar məktəbə gedə bilmirlər.

Abşeron rayon İcra Hakimiyyətinin Hökməli Qəsəbə İnzibati Ərazi Dairə üzrə nümayəndəsi Müseyib İbrahimovun verdiyi məlumata görə, gölün daşmasına qurunt suları səbəb olub. 

Suyun qarşısının alınması istiqamətində yaxın vaxtlarda müəyyən işlər görüləcək.

0
19