Azərbaycanda bir qrup vətəndaş üçün iş saatı azaldıldı

Azərbaycanda bir qrup vətəndaş üçün iş saatı azaldıldı

Nazirlər Kabinetinə tapşırıq verilib.

Azərbaycanda qısaldılmış iş vaxtı 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə də şamil edilib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidenti “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləyib.

Yeni dəyişikliklərə əsasən, qısaldılmış iş vaxtı 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq. Belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə rəzində 36 saatdan artıq olmamalıdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 252-VQD nömrəli Qanununun tətbiqi barədə imzaladığı sərəncam əsasında Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, indiyədək qısaldılmış iş vaxtı 18 yaşınadək işçilərə, 1-ci, 2-ci qrup əlil olan işçilərə, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlara şamil edilib.

Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

0
42