Buldoq Kann festivalında mükafat qazandı

Buldoq Kann festivalında mükafat qazandı

Nelli filmdə deyingən köpək Marvini oynayıb.

Cim Carmuşanın yeni “Paterson” filmindəki buldoq, Kann festivalında xüsusi “The Palm Dog Award” mükafatına layiq görülüb.

Oxu.Az xəbər verir ki, bu barədə müsabiqənin mətbuat xidməti məlumat yayıb.

“Ölümündən sonra ilk “Palm Doq” mükafatını alan buldoq Nellidir”, - məlumatda deyilir.

Təəssüf ki, Nelli öz şöhrət qazandığı anların şahidi olmadı. Nelli qız olsa da, filmdə baş qəhrəman Patersonun hər axşam gəzintiyə çıxardığı deyingən köpək Marvini oynayıb.

Carmuşun daha öncə qeyd etdiyi kimi, Nelli əla improvizasiya edirdi. “O, öz replikalarını özü düşünürdü”, - rejissor zarafat edib.

0
24