Bakıda polis qəza törətdi – FOTO

Bakıda polis qəza törətdi – FOTO

Yaralılar var.

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Oxu.Az APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb.

Şosenin Zabrat qəsəbəsi istiqamətində olan hissəsində “Opel” markalı 10 TZ 942 dövlət nömrə nişanlı minik maşını və “NİVA” markalı 99 FN 095 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində “NİVA”nın sürücüsü Əliyev Cəlal Camal oğlu və “Opel”in qadın sərnişini xəsarət alıblar.

Cəlal Əliyev Sabunçu rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun anasının həmin xəstəxanada həkim işlədiyi bildirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

0
20